AZ

Türkiyə-İsrail ticarəti: Bəzi məhsulların ixracına icazə verildi

Ankara bəzi tikinti materiallarını İsrailə idxal və ixrac qadağasına istisnalar siyahısına daxil edib.

Yenisabah.az xəbər verir ki, bunu İsrailin “Globes” xəbər portalı adının açıqlanmasını istəməyən İsrail və Türkiyə rəsmilərinə istinadla yazıb.

Onların sözlərinə görə, Türkiyə Ticarət Nazirliyi qadağa qüvvəyə minməmişdən əvvəl İsraillə işləyən bəzi yerli zavodlara məktublar göndərib.

Məktubda konkret hansı məhsullardan bəhs etdiyimiz göstərilmir.

Bundan əlavə, İsrail İqtisadiyyat Nazirliyi və Xarici İşlər Nazirliyi uzunmüddətli perspektivdə İsrailin Türkiyə idxalından asılılığını azaltmaq üçün işlərə başlayıb.

“Yunan və Kipr tədarükçüləri ilə əlaqələri gücləndirmək üçün tədbirlər hazırlanır”, - nəşrin mənbələri bildirib.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
yenisabah.az

1Mənbələr