AZ

Avropada göyöskürək hallarında artım müşahidə olunur

Bakı. Trend:

2023-cü ilin əvvəlindən bu ilin aprel ayınadək Avropa İttifaqı(Aİ) və Avropa İqtisadi Zonasına daxil olan (AİZ +Norveç, İslandiyavə Lixtenşteyn) ölkələrdə göyöskürəyə yoluxma halları 2021-2022-ciillərlə müqayisədə 10 dəfə çox qeydə alınıb.

Trend bu barədə Avropa Səhiyyə Agentliyinin hesabatına istinadənxəbər verir.

Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (ECDC)tədqiqatında məlumat bildirilir ki, bu dövr ərzində Aİ/AİZölkələrində təqribən 60 000 yoluxma halı aşkarlanıb. 2023-cü ildə -25 130 yoluxma halı, bu ilin yanvar-mart aylarında – 32 037 yoluxmahalı qeydə alınıb.

Qeyd olunur ki, əksər təsdiq olunmuş halların pediatrik yaşın(86%), xüsusilə 10-13 yaç arasında uşaqların (21%) və 1 yaşadəkuşaqların (20%) payına düşür.

ECDC-nin məlumatına əsasən, peyvənd olunmayan və ya qismənpeyvənd olunan 6 aya qədər olan körpələr daha çor risk qrupunadaxildirlər.

Avropa Səhiyyə Agentliyi ölkələrə vaksinasiya proqramlarınıgücləndirməyi tövsiyə edir.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla