AZ

Putinlə Paşinyan razılaşdı: Rus sərhədçiləri ÇIXARILIR

Bu gün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. 


Sfera.az “İnterfaks” xəbər agentliyinə istinadən xəbər verir ki, ölkə rəhbərləri Rusiya sərhədçilərinin Ermənistanın bəzi bölgələrindən çıxarılmasını razılaşdırıblar. 


Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Putin və Paşinyan görüşdə qeyd edilən məsələ ilə bağlı razılığa gəliblər. Rusiya sərhədçiləri İrəvanın tələbi ilə Ermənistanın Türkiyə və İran sərhədində qalmağa davam edəcəklər.


Qeyd edək ki, rus sərhədçiləri İran və Türkiyə sərhədindən başqa İrəvan hava limanında, eləcə də Ermənistanla Azərbaycan arasındakı təmas xətti boyunca bəzi ərazilərdə yerləşdirilib. Rus sərhədçiləri Ermənistanla Azərbaycan arasındakı təmas xəttində II Qarabağ müharibəsindən sonra yerləşdirilmişdi. Peskovun sözlərindən belə anlaşılır ki, rus sərhədçiləri Ermənistanla Azərbaycan arasında olan təmas xəttindən çıxarılacaq. 


Vasif

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
sfera.az

1Mənbələr