AZ

Azərbaycan millisində yeni baş məşqçi təyinatına az qaldı... Şərtləri nədir? - EKSZLÜZİV VİDEO

Azərbaycan millisinin baş məşqçisi postuna namizədlərdən biri kimi Stefan Kuntzun adı hallanır.

Bu günlərdə Almaniya mediasında yer alan xəbərlərdə bildirilir ki, AFFA tərəfindən mütəxəssisə təklif göndərilib.

"Sportinfo TV"nin aparıcı eksperti Elçin Cəfərov bununla bağlı tanınmış türkiyəli mütəxəssis Kenan Koçakla danışıb.

Türkiyə millisində Stefan Kuntzun da əsas köməkçisi olmuş K.Koçak Elçin Cəfərova bunları söyləyib:

"Bəli, xəbərlər doğrudur. Stefan Kuntz belə bir təklif olduğunu mənə təsdiqlədi.

Hazırda danışıqlar davam etdirilir. Çünki almaniyalıya bir sıra ölkələrdən də təklif var.

Düzgün strategiya qarşısında Stefan Kuntz Azərbaycanda uğurlu nəticələrlə yadda qalar. Bir şərtlə ki, bütün yaş kateqoriyalarında nəzarət Kuntzda olmalıdır".

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla