AZ

Azərbaycanda ana iki qızını KÜÇƏYƏ ATDI: "Üçüncüsü isə..."

 

Azərbaycanda iki bacı anası tərəfindən küçəyə atılıb.

 

Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat yayıb.

 

Qeyd olunub ki, iki qız uşağı bir neçə gün əvvəl sığınacağa gətirilib.

 

“Uşaqların ən balacası isə evdə qalmışdı. Sosial Xidmətlər Agentliyi tərəfindən ən kiçik körpə anadan götürülüb. Artıq üç bacı sığınacaqda qalacaqlar”.

 

Bildirilib ki, bacılar gələn gündən şəhər yol polisi əməkdaşı onları himayəyə götürüb və bütün ehtiyaclarını özü qarşılayır:

 

“Tezliklə uşaqların təhsilləri bərpa olunacaq”.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
10
sfera.az

10Mənbələr