AZ

Matteys de Liqt: “Yan xətt hakimi mənə səhv etdiyini söylədi”

“Bayern”in niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt Çempionlar Liqasının “Real”la cavab oyununda baş vermiş qəliz məqamı şərh edib.

Arena.az “beIN Sports” dərgisinə istinadən, niderlandlı futbolçunun oyunun son dəqiqələrində “Bayern”in qol vəziyyətini puç etmiş mübahisəli hakim qərarı ilə bağlı fikirlərini təqdim edir:

“Hakimlərin həmişə “Real”ın tərəfində olduğunu söyləmək istəmirəm, amma bu gün vacib olanı budur. Oyunun nəticəsini onlar həll etdilər. Yan xətt hakimi mənə dedi: “Bağışlayın, səhv etmişəm”. Bu, utancvericidir”, deyə Matteys De Liqt bildirib.

Xatırladaq ki, oyunun sonunda alman sağ cinah müdafiəçisi Yozua Kimmixin uzun ötürməsindən sonra niderlandlı mərkəz müdafiəçisi Matteys de Liqt əlverişli vəziyyətə topu qəbul edib və qol vurmaq üçün fürsət yaxalayıb. Bununla belə, əvvəlcə, oyunun yan xətt hakimini Tomaş Listkeviçin bayrağı havaya qalxıb. Ardınca, oyunun polyak baş hakim Şimon Marçinyakın bu məqamın sonunu gözləmədən oyundankənar vəziyyəti qeydə alan fiti səslənib. Saniyələr içində hadisələrin sürətli inkişafı və hakimin fitindən sonra ani rahatlamış “Real” müdafiəsi De Liqtin instinktiv surətdə dəqiq zərbəsi ilə qapısında qol görüb. Məlum olduğu kimi, qol hesaba alınmayıb.

Xatırladaq ki, Münhendəki ilk oyunda 2:2 hesablı heç-heçə oynamış “Real”, Madriddəki cavab oyununda 2:1 hesabı ilə qalib gələrək, mötəbər yarışın finalına yüksəlib.

Beləliklə, Çempionlar Liqasının finalına yüksəlmiş “Real” həlledici oyunda Almaniyanın digər təmsilçisi – Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla