AZ

“Prime Agency” şirkəti nüfuzlu “Eventex Awards 2024” müsabiqəsinin qaliblərindəndir - FOTO

“XIV Global Eventex Awards” - tədbir və marketinq sahəsində dünyanın aparıcı mükafatının qalibləri məlum olub.

Bu il müsabiqə tarixində rekord sayda iştirakçı qeydə alınıb. Belə ki, altı qitə və 62 ölkədən 1 207 iştirakçı arasından səsvermə nəticəsində seçilmiş qaliblər sırasına Azərbaycan şirkəti “Prime Agency” də daxil edilib. Şirkət “Agency of the Year” və “People’s Choice Agency” nominasiyaları üzrə iki gümüş mükafat qazanıb.

“Əlbəttə ki, Azərbaycan şirkəti olaraq, bu nəticə “Prime Agency” üçün böyük uğur və qürur mənbəyidir. Tədbirlər və marketinq sənayesinin qlobal ekspertlərindən ibarət münsiflər heyətindən müsbət rəylər almaq və xal toplayaraq dünyanın hər yerindən qatılan bir çox agentlik, layihələr arasında tanınmaq və mükafatlandırılmaq həqiqətən də qürurverici andır. Bu, həm də, eyni zamanda, ölkə daxilində həyata keçirdiyimiz layihə və tədbirlərin beynəlxalq səviyyədə müsbət dəyərləndirilməsinin bariz nümunəsidir”, - deyə şirkətin təsisçisi və direktoru Fərid Məmmədov vurğulayıb.

2009-cu ildə yaradıcılıq, innovasiya və performansı tanıtmaq üçün təsis edilən “Eventex Awards” bu gün tədbirlər və marketinq dünyasında ən böyük mükafat sayılır. Hər il müsabiqə nəticəsində tədbirlər və marketinq dünyasından ən yaxşı agentliklər, tədbirlər və texnologiyalar mükafatlandırılır. Bu il ən çox qızıl qazanan şirkət və layihələr ABŞ, Qətər və Almaniyadan olan iştirakçılardır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
oxu.az

3Mənbələr