AZ

Harvard Universitetinin 34 il sonra gəldiyi NƏTİCƏ - Bu qidalar ölüm ehtimalını ARTIRIR

Hazır yeməklər, qazlı içkilər və dondurmalar insan sağlamlığı üçün ən böyük təhlükə yaradan qidalardır. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, belə bir nəticəyə ABŞ-nin Harvard Universiteti gəlib. 


Tanınmış universitetin alimləri 34 il ərzində ABŞ-də yaşayan 115 000 sağlam yetkin insanı izləyiblər. Seçilən insanların yarısı hazır yeməklər, qazlı içkilər və dondurmaları çox istehlak edənlər, digər yarısı az istehlak edənlər olub. Monitorinq zamanı məlum olub ki, sözügedən qidalardan istifadə edənlər arasında ölüm sayı zərərsiz qidaları yeyənlərlə müqayisədə 4 faiz çoxdur. 


Alimlər 34 illik müşahidələr zamanı zərərli qidalarla qidalanaraq ölən 48 193 nəfərin 13 000-dən çoxunun xərçəng, 11 000-dən çoxunun isə ürək-damar xəstəlikləri səbəbindən dünyasını dəyişdiyini müəyyənləşdirib. 


Araşdırma zamanı ədviyyatlar, souslar və duzlu qəlyanaltıları çox istehlak edən şəxslərin də ölüm göstəriciləri öyrənilib. Aydın olub ki, adıçəkilən qidalar ölüm ehtimalını artırmır. 


Tədqiqatlar hazır qidaların, xüsusən də şirin qidaların insan orqanizminə daha çox zərər verdiyini üzə çıxarıb. 


Vasif

 


 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla