AZ

"Tottenhem" 7 futbolçusunu satır

style='margin-bottom:10px;'>

"Tottenhem"in baş məşqçisi Ange Postekoğlu komandanı yenidən qurmağı planlaşdırır.

QOL.az "The Times"a istinadən xəbər verir ki, o ,heyəti gücləndirmək məqsədi ilə yeni oyunçular almaq üçün bəzi futbolçuların satışa çıxarılmasını tələb edib. Mütəxəssisin klub rəhbərliyinə təqdim etdiyi siyahıda 7 oyunçu yer alıb. Onlardan yalnız 4-nün adı açıqlanıb. Bunlar yarımmüdafiəçilər Pyer-Emile Hoyberq, Covani Lo Selso, İv Bissuman və hücumçu Rişarlisondur.

Eyni zamanda, London klubu yay transfer pəncərəsində yeni mərkəz müdafiəçisi, yarımmüdafiəçi və hücumçu axtarışında olacaq.

Xatırladaq ki, Postekoğlu daha əvvəl mətbuata açıqlamasında komandanı yenidən qurmaq niyyətində olduğunu bildirmişdi. 

Qeyd edək ki, “Tottenhem” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 60 xalla 5-cidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla