AZ

Azərbaycanda sürüşmə zonaları ilə bağlı son vəziyyət açıqlandı

Bakı. Trend:

Son günlər ölkəmizdə müşahidə olunan qeyri-sabit və yağmurluhava şəraitindən sonra cənub zonasında olan lokal sürüşməzonalarında aktivlik müşahidə olunur.

Bunu Trend-əaçıqlamasında Milli Geoloji Kəşfiyyat Agentliyinin rəisi Əli Əliyevbildirib.

O bildirib ki, yağışlardan sonra cənub zonasında Lənkəran,Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv fazamüşahidə olunur.

"Yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsisürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsirgöstərir. Baxmayaraq ki, həmin ərazilər üçün bu sürüşmələr geolojimənada xarakterikdir. Böyükhəcmli proseslər hələ ki, baş verməyib",- o deyib.

Agentliyinin rəisi əlavə edib ki, Bakının ən təhlükəlisaydığımız Bayıl və Badamdar yaylasında vəziyyət stabil xarakterdaşıyır.

"Həmin sürüşmə yerlərində Fövqəladə Hallar Nazirliyi və digərqurumlar tərəfindən müəyyən bərkitmə tədbirləri də görülür. Lakinmüəyyən qədər aktivlik Nübar, Masazır və Zığ-1 massivlərindəmüşahidə edilir. Ümumilikdə bəzi zonaları çıxmaq şərtilə,Azərbaycanın sürüşmə zonalarında vəziyyət nisbi stabildir.

Ölkəmizdə 99 lokal sürüşmə sahəsi var. Lakin son bir neçə ildəyeni 46 sürüşmə zonası yaranıb. Agentlik tərəfindən həmin zonalardamonitorinq aparılır, koordinatları müəyyənləşdirir, xəritəyə əlavəedilir və monitorinq şəbəkəsinə daxil edilir", - deyə Ə. Əliyevqeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
17
az.trend.az

10Mənbələr