AZ

On doqquz yaşlı tələbə 5 il müddətinə HƏBS OLUNDU

On doqquz yaşlı özbək tələbə 5 il müddətinə həbs olunub.

İnterpress.az xəbər verir ki, bu barədə özbək mediası məlumat yayıb. Bildirilir ki, Daşkənddə 2023-cü ilin oktyabrında İsrail səfirliyini yandırmağa cəhd edən tələbəyə 5 il həbs cəzası verilib.

19 yaşlı tələbə Yaxın Şərqdəki müharibədən bəhs edən videoya baxdıqdan sonra bu şəkildə etiraz etməyə cəhd edib.

Təqsirləndirilən şəxs təqsirini tam etiraf edib. Məhkəmə onu Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (terrorçuluq) ilə təqsirli bilib və A.A-nı 5 il müddətinə azadlıqdan məhrum edib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
interpress.az

1Mənbələr