AZ

Putin: Kəşfiyyatımız kiçik vasitələrlə vəzifələrini icra edir

Rusiya müasir silahların istehsalında bir addım öndə olmalıdır.

Yenisabah.az xəbər verir ki, bunu prezident Vladimir Putin deyib.

O bildirib: “Müasir döyüş vasitələri çox yüksək sürətlə dəyişir, uğur qazanmaq istəyiriksə, həmişə bir addım öndə olmalıyıq.

Düşmənin kifayət qədər müasir vasitələri var, çünki yuxuda belə Rusiyanın indiki formada olmadığını görən Qərb birliyi düşmənimiz üçün çalışır. Uğurlu olmaq üçün, bir daha təkrar edirəm, yüksək texnologiyalar sahəsində bir addım öndə olmalıyıq”.

Putin qeyd edib ki, əvvəllər aviasiyaya həvalə edilmiş vəzifələri “kiçik vasitələrlə” səmərəli şəkildə həll etmək olar.

“Bunu etməyi öyrənmişik, bunu edirik, bu, kəşfiyyata da aiddir”.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
yenisabah.az

1Mənbələr