AZ

Makedoniyada ilk dəfə qadın prezident seçildi

Şimali Makedoniyada keçirilən prezident seçkilərinin ikinci turunda Qordana Silyanovska-Davkova qalib gəlib.

Yenisabah.az xəbər verir ki, o, ölkə tarixində bu vəzifəni tutan ilk qadın olub.

Demək olar ki, bütün bülletenlərin hesablanmasından sonra Silyanovska-Davkova səslərin 65,1 faizini, onun rəqibi və Şimali Makedoniyanın hazırkı prezidenti Stevo Pendarovski isə 29,3 faiz səs toplayıb.

68 yaşlı hüquq professoru olan yeni prezident müxalifətdəki mühafizəkar partiyanın namizədi idi.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla