AZ

Messinin "Barselona" ilə ilk müqaviləsini bağladığı salfet hərraca çıxarıldı

Argentinalı hücumçu Lionel Messinin "Barselona" ilə imzaladığı ilk müqaviləsi olan salfet hərraca çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

Lotun başlanğıc qiyməti 300 min funt sterlinqdir. Hərrac mayın 17-dək davam edəcək.

Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir. Argentinalı hücumçu 2003-cü ildə əsas komandasında oynamağa başlayıb. Kataloniya klubunun heyətində o, 10 dəfə İspaniya çempionu, 7 dəfə İspaniya kubokunun qalibi olub və 4 dəfə isə Çempionlar Liqasını qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
publika.az

1Mənbələr