AZ

Məşhur neft-qaz şirkəti rekord itkidən sonra əmlaklarını satmağa başlayıb

Son 25 ildə və bütün tarixində ilk dəfə rekord itki ilə üzləşən “Qazprom” əmlaklarını satmağa başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Şirkət Moskva və Moskvaya yaxın daşınmaz əmlakları üçün alıcılar axtardığını elan edib. Onların arasında ofislər, sanatoriya-yay kompleksi, qeyri-yaşayış evləri var.

Qərar "Qazprom" şirkətlərinin Sankt-Peterburqa köçürülməsinin başa çatması nəzərə alınmaqla qəbul edilib. Keçən il “Qazprom” beynəlxalq maliyyə hesabatları standartlarına görə 629 milyard rubl xalis zərərlə üzləşib. Şirkətin gəlirləri 27% azalıb, zərəri 2 dəfə artıb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
iqtisadiyyat.az

1Mənbələr