AZ

Keynin titul lənəti davam edir

Dünən Çempionlar Liqasında ikinci finalçı bəlli oldu.

''Real'' 88-ci dəqiqəyə qədər hesabda geridə olduğu qarşılaşmada növbəti dəfə inanılmaz bir geridönüş edərək son 10 ildə 6-cı dəfə finala yüksəldi. Madrid nəhəngi bu mövsümkü 12-ci əzmkar qələbəsini qazandı. Bu, klub tarixinin rekordunun təkrarıdı. ''Kral klubu'' daha öncə 2016/17-də də 12 əzmkar qələbə qazanmışdı.

Ən diqqətçəkən məqam Harri Keynin titul lənətinin davam etməsidi. ''Bavariya'' bu mövsüm titul qazanmaq üçün son şansını da əldən verdi. Komanda daha öncə ölkə superkubokunda ''Leyptsiq''ə, ölkə kubokunda ''Saarbrükken''ə boyun əymişdi. Bundesliqada isə məlum olduğu kimi çempionluq ''Bayer-04''ə qismət olub. Beləliklə, indiyə qədər peşəkar karyerasında heç bir titul qazanmayan 30 yaşlı Keyn Münhen nəhəngində də ilk mövsümü titulsuz tamamladı. Halbuki ''Bavariya'' Keyn gələnə qədər ardıcıl 11 mövsüm ən azı 1 titul qazanmışdı. Komanda bu 11 mövsüm ərzində ümumilikdə 29 titul əldə etmişdi. ''Rekordmayster''in titula həsrət qaldığı son mövsüm 2011/12-yə təsadüf etmişdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
football-plus.az

1Mənbələr