AZ

Ermənistanda 16 etirazçıya qarşı ittiham irəli sürülüb

Ermənistan İstintaq Komitəsi aprelin 20-dən delimitasiya əleyhinə təşkil olunan aksiyalarda iştirak edən 16 nəfərə qarşı cinayət təqibi başlayıb.

News365.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edilir ki, komitədən verilən məlumata görə, ümumilikdə aksiya iştirakçılarının cinayət əməlləri ilə bağlı 11 cinayət işi başlanıb. 

Yolları bağlayaraq avtoxuliqanlıq, qəsdən əmlaka zərər vurma, fiziki güc tətbiq etmə, polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olma, yol hərəkəti qaydalarını pozma faktları ilə bağlı 7 iş başlanıb.

Qeyd edək ki, son günlər Ermənistanda vəziyyət xeyli gərginləşib. Gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
news365.az

1Mənbələr