AZ

Fələstinə 21 may sürprizi

İrlandiya, İspaniya, Sloveniya və Malta mayın 21-də Fələstinin birgə tanınmasını nəzərdən keçirir.

“Cebhe.info” bu barədə İrlandiyanın RTE telekanalına istinadən xəbər verir.

Mart ayında dörd Avropa Birliyi ölkəsi Fələstin dövlətinin tanınması istiqamətində işləmək niyyətində olduqlarını elan edib. 

Bunu “terrorçuluğun mükafatı” adlandıran İsraildən qınaq alıblar.

RTE-nin məlumatına görə, Fələstini hazırda doqquz Aİ üzvü ölkə-Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya, Slovakiya və İsveç tanıyır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
cebheinfo.az

1Mənbələr