AZ

Qələbə Paradında Rusiya yeni zirehli texnikalarını nümayiş etdirib

İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 79-cu ildönümü münasibəti ilə Moskvada keçirilən Qələbə Paradında Rusiyanın yeni K-53949 “Feniks” zirehli nəqliyyat vasitəsi və “Linza” zirehli amblunası nümayiş olunub.

“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, paradda ənənəvi olaraq texnikaların keçidini T-34 tankları açıb, onların ardınca isə “Feniks” və “Linza”lardan ibarət qrup keçid edib.

“Feniks” zirehli nəqliyyat vasitəsi şəxsi heyətin və yüklərin daşınması üçün nəzərdə tutulub. Maşınının zirehli korpusunun içərisində ekipaj və əsgərlər üçün 10 oturacaq var. Struktur olaraq, zirehli maşın 4×4 təkər formullu şassi üzərində qurulub. Onun boş çəkisi təxminən 14 ton, əməliyyat mənzili 800-850 km və sürəti 100 km/saatdır. “Feniks”in zirehli korpusu ekipajı və əsgərləri zirehi deşici güllələrdən və artilleriya mərmisinin parçalarından qorumağa qadirdir.

“Tayfun” zirehli nəqliyyat vasitəsinin bazasında qurulan “Linza” zirehli ambulansı döyüş meydanından və kütləvi sanitar itki mərkəzlərindən yaralıların axtarışı, toplanması və daşınması üçün nəzərdə tutulub. Zirehli ambulansda ekipaj üçün üç oturacaq və yaralılar üçün altı qatlanan oturacaq var. Bundan başqa, o, dörd xərəyi yerləşdirmək üçün dayaqlarla da təchiz edilib. “Linza”nın boş çəkisi 15 tondan bir qədər çoxdur. Onun zirehləri ekipajı və daşınan yaralıları 7.62 mm-lik güllələrdən və qəlpələrdən qoruyur. Zirehli ambulansın maksimum sürəti 105 km/saata çatır. Rusiya Müdafiə Nazirliyi xüsusi əməliyyatlar zamanı “Linza”nın özünü sübut edərək effektiv olduğunu və hətta minaatan atəşi altında yaralıların döyüş meydanından çıxarılmasına imkan verdiyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
poliqon.az

1Mənbələr