AZ

Putin və Paşinyan Ermənistanın sərhəd bölgələrindən Rusiya sərhədçilərinin çıxarılmasını razılaşdırdı – KİV


Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat və Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Baqramyan 26” Teleqram kanalı məlumat yayıb.
“Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar uğurla nəticələnib. Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan əlavə, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat və Tavuşdakı məntəqələri tərk edəcəklər”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, aprelin 20-də Ermənistan lideri Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini açıqlamışdı. Eyni zamanda, bu bəyanatdan bir ay əvvəl hökumət başçısı Rusiya sərhədçilərinin bu ilin avqustunda sözügedən hava limanından çıxacaqlarını bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
37
Mənbələr
Şərh ()
Bağla