AZ

Təranənin qızı: “Anamın o uşağı efirdə qardaşım kimi təqdim etməsi mənə pis təsir etdi” – VİDEO 

“Restoranların birində təşkil olunan şou proqramda çıxış edirdik. Jurnalistlərdən biri anama yaxınlaşıb müsahibə almaq istədi. Anamda razılıq verdi. Söhbət əsnasında bu uşaq məsələsi oldu. O jurnalistin verilişində də müsahibə montaj olunub başqa cür efirdə nümayiş olundu”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Təranə Musayevanın ifaçı qızı Qumral qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Anasının dördücü dəfə ana olması məsələnin yalan olduğunu söyləyən Qumral bildirib ki, bu hadisə ona pis təsir edib:  

“Uşağı görəndə özüm də şoka düşdüm. Mən yalan danışmağı sevmirəm. Mən səmimi qızam, necə varamsa, onu da insanlara yansıtmağa çalışıram. O verilişə uşaq gələndə də ona “bacım, qardaşım” kimi reaksiya vermədim. Çünki o uşaq mənim heç kimimdir. Bununla da istədim tamaşaçılara yansıdım ki, bu uşaq bizim deyil. Mənə bu kimi hadisənin olması PR da, reklam da olsa pis təsir etdi. Bu lazımsız bir şey idi”. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
155
50
Mənbələr
Şərh ()
Bağla