AZ

Rusiyanın nüvə təlimlərinə Belarus da qoşulacaq- Açıqlama

Belarus qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün təlimlərin ikinci mərhələsində Rusiyaya qoşulacaq.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, bununla bağlı ölkələrin müdafiə nazirlikləri və baş qərargahlarına müvafiq göstərişlər verilib.

“Qeyri-strateji nüvə silahları Belarus ərazisində yerləşdiyinə görə biz dostlarımızı və müttəfiqlərimizi bu təlimin mərhələlərindən birində iştirak etməyə dəvət etdik”, – Putin bildirib.

O qeyd edib ki, manevrlər mütəmadi olaraq həyata keçirilir. Bu dəfə onlar üç mərhələdə baş tutacaq. İkinci mərhələdə belaruslu həmkarlar birgə aksiyalara qoşulacaqlar.

Rusiya lideri əlavə edib ki, Belarus rəhbəri Aleksandr Lukaşenko da təlimlərdə iştirak etməyi xahiş edib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
azpost.info

1Mənbələr