AZ

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Devid

London, 9 may, AZƏRTAC

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bu gün Londonda Milli Kibertəhlükəsizlik Mərkəzində çıxış edəcək.

AZƏRTAC Britaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, nazir çıxışında NATO üzvlərini müdafiəyə daha çox pul xərcləməyə çağıracaq: “2014-cü ildə Uelsdə NATO sammiti zamanı müttəfiqlər ümumi daxili məhsulun ən azı iki faizini müdafiəyə ayırmaq vədi vermişdilər. Bundan sonra ÜDM-in 2,5 faizini müdafiəyə xərcləmək üçün sürətlə hərəkət etməliyik”,- deyə nazir çıxışında qeyd edəcək. O, həmçinin düşmənlərə qarşı daha sərt və daha iddialı olmağa çağıracaq.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
3
azertag.az

4Mənbələr