Rusiya prezidenti Vladimir Putin qeyri-strateji nüvə silahlarının istifadəsini sınaqdan keçirmək üçün keçirilən təlimləri şərh edib. News365.az xəbər verir ki, o, Moskvada Qələbə Paradında çıxışı zamanı bunun planlı iş olduğunu deyib.
“Burada qeyri-adi heç nə yoxdur, bu, planlaşdırılmış işdir”, - prezident bildirib.
Qeyd edək ki, səhər saatlarından Moskvanın Qızıl Meydanında Böyük Vətən Müharibəsində Qələbənin 79-cu ildönümü şərəfinə hərbi parad başlayıb. Paradda doqquz mindən çox hərbçi iştirak edir. Onların mindən çoxu Ukraynadakı müharibənin iştirakçısıdır.
Tural