AZ

Elşad Miri 124 min peyğəmbər barədə: “Adama deyərlər ki, say o balıqları…”

“124 min peyğəmbərin olması uydurma məsələdir. Bəzən hətta 224 min peyğəmbərin olduğu söylənilir. Onu deyən insanlara demək lazımdır ki, çox demirəm, 25 peyğəmbərin adını sayın. Saya biləcəksiniz? Əlbəttə ki, yox. Çünki dini kitablarda o qədər peyğəmbərin adı çəkilmir. Elə olan halda necə deyə bilərsən ki, bu qədər peyğəmbər olub? Olmayıb, bu, sadəcə uydurma hədislərdən biridir”. 

Bunu ilahiyyatçı Elşad Miri “Cebhe.info”-ya açıqlamasında bildirib.

İlahiyyatçı qeyd edib bu məsələ mütləq qeyri- müəyyənlikdir:

“Bəzi dindarların söylədiyi 124 min peyğəmbər məsələsi tamamən absurddur. Bu, bilirsiniz nəyə bənzəyir? 

Məsələn, dəryada 1000 balıq var. Adama deyərlər, say o balıqları, görüm saya bilirsən?”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla