AZ

Şəhid məzun Yusif Cəfərovun məzarı ziyarət edilib - FOTO

Mayın 8-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup tələbəsi və əməkdaşı Vətən müharibəsində şəhid olan məzunumuz Yusif Cəfərovun məzarını ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Ziyarət zamanı MDU-nun kollektivi şəhid məzunun məzarına gül dəstələri qoyub və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Qeyd edək ki, MDU-da tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsi, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin daim anılmasının diqqət mərkəzində saxlanılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
tehsil.biz

1Mənbələr