AZ

"Xəbəri eşidəndən ağlayıram" - Mehriban Xanlarova

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb.


Prezident təqaüdü alan şəxlər arasında olan əməkdar artist Mehriban Xanlarovadır.

 

O, öz təəssüratlarına Modern.az-a bölüşüb.

 

“Xəbəri gözyaşları ilə qarşıladım. Bu xəbər məni sevindirdiyi kimi, həm də ağlatdı. Cənab Prezidentimizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Ona can sağlığı arzu edirəm. Xəbəri eşidəndən ağlayıram. Hər zaman öz əməyimə, sənətimə görə alın təri tökmüşəm. Bizim sənətimizə ümumiyyətlə incəsənətə, əməyə qiymət verilməsi  onu dəyərlənirilməsi böyük işdir. Eyni zamanda bizim üçün məsuliyyətdir. İncəsənət xadimlərinin yaradıcılıqlarına böyük bir stimul verən hadisədir. Təbrik edən, əziz bilən hər kəs sağ olsun. Bir daha cənab Prezidentə daima mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edirəm”, - Mehriban Xanlarova deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
7
Mənbələr
Şərh ()
Bağla