AZ

Azərbaycan xalqı iki əsrdə iki dəfə faşizmin belini qırıb

“Bəşəriyyət bu zamana qədər iki cahan savaşına - I və II Dünya müharibələrinə şahidlik edib. Avropa və dünyanın siyasi xəritəsini dəyişdirən I Dünya müharibəsindən 21 il sonra aparıcı geosiyasi qüvvələr - nəhəng dövlətlər yenidən hərb meydanında qarşı-qarşıya gəliblər. 6 il 1 gün davam edən II Dünya müharibəsinin sonucunda dünyada çox ciddi geosiyasi dəyişikliklər baş versə, Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradıldılsa, sərhədlər yenidən cızılsa da, nəticə bu cür dəyərləndirilib - faşizm üzərində qələbə”.

“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.

N.Qələndərli qeyd edib ki, bəşəriyyətə qarşı potensial təhlükə və real təhdid olaraq göstərilən faşizm üzərində qələbə 9 may tarixi ilə simvollaşdırılır: “Daha dəqiq desək, hər il 9 may - Qələbə Günü kimi qeyd edilir. Üzərindən 79 il keçsə də, tarixi və mənəvi-siyasi məsələlər aktuallığını itirmir, reallıqların mahiyyəti dəyişmir. Bu, ümumi zəfərdir. Yəni faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsidir. Azərbaycan xalqının bu Qələbədə böyük rolu olub - 600 mindən çox soydaşımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımız faşizm üzərində qalibiyyətdən 75 il sonra siyasi təqvimə daha bir Qələbə tarixini  şərəflə, qürurla, ləyaqətlə və əbədi olaraq həkk etdirib: 8 noyabr - Zəfər Günü. 44 günlük Zəfər triumfu təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”. Bir sözlə, Azərbaycan xalqı iki əsrdə iki dəfə faşizmin belini qırıb – başınızı əzib: XX yüzillikdə Hitler nasizminin, üçüncü minillikdə erməni vandalizminin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla