AZ

Rumıniya millisinin hücumçusu "Qarabağ"da? - Rəsmi açıqlama

Rumıniya FCSB klubunun hücumçusu Aleksandru Baluta karyerasını Azərbaycan klubunda davam etdirmək imkanından danışıb.

Offsideplus.az xəbər verir ki, “fanatik.ro” portalına danışan rumıniyalı "Qarabağ"a keçə biləcəyi barədə çıxan xəbərlərə münasibət bildirib:

"Keçən yay “Universitatey Krayova” ilə danışıqları davam etdirdim. Amma xaricdən də təklif gözləyirdim. “Vidzev” mənimlə əlaqə saxladı. Sonra “Qarabağ”dan mesajlar gəldi, amma sonda heç nə alınmadı”.

30 yaşlı vinger 2023-cü il iyul ayından Rumıniya nəhənginin formasını geyinir. O, 2025-ci il iyunun 30-na qədər hazırkı komandasına məxsusdur.Rumıniya millisinin üzvü “Çindiya”, “Vitorul”, “Universitatey Krayova”, “Slaviya”(Praqa), “Slovan”(Liberets), “Puşkaş Akademiya” komandalarında da oynayıb.

baluta

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
offsideplus.az

4Mənbələr