AZ

Moskvada Qırmızı Meydanda Qələbə Paradı başladı : Putinin çıxışı - FOTO

Putin Qələbə paradında Ukraynanın işğalı iştirakçılarını qəhrəman adlandırıb

“Biz Qələbə Gününü xüsusi hərbi əməliyyat şəraitində qeyd edirik. Onun bütün iştirakçıları, cəbhə xəttində olanlar bizim qəhrəmanlarımızdır. Biz sizin dözümlülüyünüzə və fədakarlığınıza heyranıq. Bütün Rusiya sizinlədir. Veteranlarımız Sizə inanır və sizin üçün narahat olurlar. Sizin taleyinizdə mənəvi iştirakınız və qəhrəmanlıqlarınız Vətən qəhrəmanlarının nəsillərini qırılmaz şəkildə bağlayır” - Putin bildirib

News365.az xarici KİV-ə istinadla bildirir ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bəri mayın 9-da keçirilən üçüncü paraddır.

Vladimir Putindən başqa, MDB-nin beş ölkəsinin - Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın prezidentləri paradda iştirak edəcək. Keçən il Ermənistanın baş naziri və Özbəkistan prezidenti də tədbirdə iştirak etmişdi. Bundan əlavə, bu dəfə Kuba, Laos və Qvineya-Bisau liderləri tədbirə dəvət olunub.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Qırmızı Meydandakı paradda 9 mindən çox insan və 70 texnika iştirak edəcək. Bir il əvvəl 10 minə yaxın hərbi qulluqçu və 125 min döyüş maşınının paradda olduğu bildirilirdi. Paradda yenidən “xüsusi hərbi əməliyyatın” iştirakçıları iştirak edəcək – Rusiya hakimiyyəti , Ukraynadakı müharibəni belə adlandırır.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
news365.az

1Mənbələr