AZ

Makron narahatdır: Szinpinlə Vuçiç nə edir?

Çin lideri Si Szinpinin Fransa səfərinə müxtəlif rəylər verilir. Bir qrup ekspert səfərin uğurlu keçdiyini və Fransa Prezidenti Emmanuel Makronun Si Szinpinə iki ölkə arasında münasibətlərə xələl gətirəcək fikirlər söyləmədiyini vurğulayıblar. Makron Szinpinlə münasibətlərini istiləşdirmək məqsədilə onu Fransanın kurort bölgəsində yerləşən dostunun restoranına şam yeməyinə dəvət edib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Çin liderinin Avropa səfəri haqda bildirib. O vurğulayıb ki, səfərlə bağlı fərqli düşünən ekspertlər də var: “Bu ekspertlər hesab edirlər ki, Si Szinpinin Fransaya səfəri Çinin AB ölkələri ilə iqtisadi əlaqələrindəki mövcud problemləri həll etməyəcək. Buna misal olaraq Çin liderinin Parisdə Makron və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə üçtərəfli görüşdə səslənən fikirləri misal çəkiblər. Paris və Brüssel hesab edirlər ki, Çin dövlət investisiyaları hesabına Avropaya ixrac etdiyi məhsulların qiymətini aşağı endirir ki, bu da qeyri-bərabər rəqabət yaradır. Leyen AB-nin mövcud vəziyyətdən narahatlığını açıq şəkildə Si Szinpinin diqqətinə çatdırıb”. Ekspert qeyd edib ki, Çin lideri Fransadan sonra Serbiyaya keçib: “Burada Çin liderinə möhtəşəm qarşılanma mərasimi keçirilib. Serbiya Prezidenti Aleksandr Vuçiç Çin liderini şəxsən hava limanında qarşılayıb. Serbiya və Macarıstan Avropa ölkələri içərisində Çinlə əməkdaşlığa daha çox önəm verən iki dövlətdir. Çin Serbiyada və Macarıstanda yeni istehsal sahələri yaratmaq istəyir. Belqradda Çinlə Serbiya arasında azad ticarət barədə razılaşma əldə edilib. Serbiyanın Çin investisiyalarına ehtiyacı var.

Serbiyanın Çinlə yaxınlığı Brüsselin narahatlığına səbəb olub. Çünki Serbiya AB üzvü olmaq istəyir. Brüsselin isə Çinlə dialoqu rəvan deyil, bir-birlərini tənqid edirlər. Serbiya AB üzvü olarsa, Brüsselin qərarlarına riayət etmək məcburiyyətində qalacaq. Misal üçün Çin Serbiyada ucuz elektromobillər istehsal etmək istəyir. Brüssel bunun əleyhinədir, AB bazarının qorunması vacibliyi qənaətindədir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
4
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36557
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24099
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18946
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13020
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11609
Helikopterin qalıqları tapılıb
11022
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7761
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6860
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6406
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5664
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4669
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3842
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3336
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3113
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2334
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2258