AZ

Azərbaycana dərman idxalı 36 faizdən çox azalıb

Bu ilin birinci rübündə Azərbaycan 122 milyon 518 min ABŞ dolları dəyərində 6 763 ton əczaçılıq məhsulu idxal edib.

 

Bu barədə Modern.az Dövlət Gömrük Komitəsindən bildirilib.

 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 36,2 % və 22 % azdır.

 

Hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 3,3 %-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4,77 %-nə bərabər olub.

 

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında ölkədə pərakəndə ticarət şəbəkələrində 313.9 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
9
Mənbələr
Şərh ()
Bağla