AZ

Öncü Keçəli: ''Türkiyədən Qəzzaya göndərilən ümumi humanitar yardımın miqdarı 52 min tonu keçib''

Türkiyədən Qəzzaya göndərilən ümumi humanitar yardımın miqdarı 52 min tonu keçib.
Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli rəsmi  ''X'' internet səhifəsində etdiyi paylaşımda Türkiyənin Qəzzaya ən çox humanitar yardım göndərən ölkə olduğunu deyib.
''Qəzzaya göndərilən ümumi humanitar yardımın 30 faizi Türkiyə tərəfindən göndərilib'' deyən Öncü Keçəli bildirib ki, 1908 ton humanitar yardım daşıyan bir gəmi də Mersin limanından yola düşüb.
Öncü Keçəli deyib: "5066 ton humanitar yardım daşıyan daha bir gəmi Misirin El Ariş limanında lövbər saldı. Türkiyənin Qəzzaya göndərdiyi ümumi humanitar yardımın miqdarı 52 min tonu keçib''.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
trt.net.tr

1Mənbələr