AZ

"Hamımız Almaniya finalını gözləyirdik. Polşalı hakimlərdən başqa hamı!"

"Bavariya"nın idman direktoru Maksimilian Eberl Çempionlar Liqasının yarımfinalının "Real"la cavab oyununda (1:2) hakimlərin işi barədə tənqidi fikirlər səsləndirib.

Offsideplus.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:

“Hamımız Almaniya finalını gözləyirdik. Polşalı hakimlərdən başqa hamı!”.

Xatırladaq ki, əlavə olunmuş vaxtın son dəqiqəsində (90+12) polşalı hakim Şimon Marçiniak Münhen təmsilçisinin müdafiəçisi Matyus de Lixtin qolunu ləğv edərək qalmaqallı qərar verib. Epizodun hələ tamamlanmamasına baxmayaraq, köməkçinin ofsayd işarəsi verməsindən dərhal sonra hakim fit çalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
offsideplus.az

1Mənbələr