AZ

“Azərbaycanda qida zəhərlənmələri illər boyu gizlədirilir“- Eyyub Hüseynov

"Azərbaycanda qida zəhərlənmələri illər boyu gizlədirilir"

Bunu News365.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

"Azərbaycanda qida zəhərlənməsi AQTA yaranmamışdan öncə də var idi. İndidə davam edir. Bizim qidalarımız heç də təhlükəsiz deyil. AQTA yarananda biz çox sevinirdik, düşünürdük bu məsələ həllini tapacaq. Təəssüf ki, həllini tamadı.  Biz yenədə apteklərdə sıraya duran istehlakçılara çevrilmişik. Dönərxanalarda problem yaşanır. Daim məsələ qaldırırdim ki, dönərxanalarda vəziyyət pisdir, xüsusəndə quş dönərlərində. Burda problem tək ətdən deyil, eləcə də mayanezdəndir, ora qarışdırılan digər inqridentlərdəndir. Mayanezlərin açıldıqdan sonra saxlama müddəti 4 saatdan artıq deyil. Biz görürük ki, mayanezlər orda açıq şəkildə gətirilir. Harda və necə hazırlanır bilinmir isti şəraitə saxlanılır. Bəzən mənim ictimai çıxışlarım AQTA-nın ironiyasına səbəb olur"- deyə bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
news365.az

1Mənbələr