AZ

ŞOK HADİSƏ: Toya hazırlaşan gəlin oğlan olduğunu ÖYRƏNDİ

ŞOK HADİSƏ: Toya hazırlaşan gəlin oğlan olduğunu ÖYRƏNDİ

Özünü kəşf etmək əksər insanlar üçün yavaş, lakin mənalı bir prosesdir. Ancaq Çində gələcək gəlin üçün 27 il sonra bioloji olaraq kişi olduğunu öyrənəndə bu proses onun həyatını tamamilə dəyişib.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, Li Yuan adlı 27 yaşlı gəlin yetkinlik dövründən bəri cinsi inkişafla bağlı problemlər yaşayıb. 18 yaşında ona anormal hormon səviyyələri diaqnozu qoyulub. Lakin ona tövsiyə olunan xromosom testindən keçməyib.

Bu yaxınlarda evlənmək ərəfəsində olduğu üçün sözügedən şəxs hərtərəfli tibbi müayinədən keçib. Ginekoloq anadangəlmə Konjenital adrenal hiperplaziya diaqnozu qoyulub. Bu nadir xəstəlik orqanizmin müəyyən hormonlar istehsal etmə qabiliyyətinə təsir edir və bunun nəticəsində orqanizm kompensasiya olaraq başqa bir hormon istehsal edir.

Aparılan müayinələr nəticəsində Li Yuan adlı xəstənin oğlan olduğu məlum olub. Xərçəngə tutulma riski yüksək olduğu üçün Li həkiminin tövsiyəsi ilə qarın nahiyəsindəki orqanlarını əməliyyatla qarnından çıxartdırıb.

Əməliyyat uğurlu olsa da, Li mütəmadi olaraq xəstəxanaya getməli, müayinələrdən keçməli və hormonal müalicə almalıdır. Bütün bunlardan sonra onun toyunu ləğv edib-etməməyi sual olaraq qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
sonxeber.az

2Mənbələr