AZ

Dünya kuboku: Atıcılarımızdan erkən vida

Bakıda keçirilən atıcılıq üzrə Dünya kubokunda qadınların 25 m məsafədən tapança ilə atəş açmada yarışında təsnifat mərhələsi başa çatıb.

İdman.biz xəbər verir ki, iki günlük mübarizədən sonra 64 atıcıdan 8-i finala yüksəlib.

Azərbaycan snayperləri həlledici raunda vəsiqə qazana bilməyiblər.

Xanna Əliyeva 577 xalla 30-cü, Zeynəb Sultanova 572 xalla 44-cü, Nigar Nəsirova 565 xalla 53-cü yeri tutub. Yalnız reytinq xalları üçün mübarizə aparan Həqiqət Atayeva 559 xalla 58-ci, Nərminə Səmədova 542 xalla 62-ci olub.

Qeyd edək ki, bu növdə final mərhələsi sabah keçiriləcək.

İdman.biz

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
1
Mənbələr
Şərh ()
Bağla