AZ

Bu tələbələri çətin günlər gözləyir - Qiymətlər dəyişəcək...

Türkiyədə lirə dəyərdən düşməyə davam edir. Bu da ilk olaraq, həmin ölkənin iqtisadiyyatına mənfi təsir göstərir. Sözügedən proses qardaş ölkədə həm də bir çox sahə və xidmətlərin qiymətlərində bahalaşmaya səbəb olub. Türkiyə həmçinin, Azərbaycanın idxal və ixracında mühüm rol oynayır. Ona görə də baş verən inflyasiya ölkəmizə də təsirsiz ötüşməyəcək. Bir sıra iddialar var ki, bu bahalaşma orada təhsil alan azərbaycanlı tələbələrin xərclərinin artmasına gətirib çıxaracaq. 

Day.Az xəbər verir ki, ekspertlər isə bu barədə birmənalı düşünmür. "Yeni Sabah"a danışan iqtisadi ekspert Eldəniz Əmirov bu prosesin tələbələrə necə təsir edəcəyini belə şərh edib: 

"Ümumiyyətlə, Azərbaycanda təhsil Türkiyə və digər inkişaf etmiş ölkələrlə müqayisədə daha ucuzdur. Burada təhsil almaq imkanı daha genişdir. Ona görə də, zənn etmirəm ki, Türkiyədə təhsil haqqı və kirayə xərclərinin artması hansısa şəkildə bu istiqamətə gedən tələbələrin sayında azalmaya səbəb olmayacaq. Təbii olaraq qiymət faktoru hər zaman önəmli rol oynayır. Ancaq sözügedən prosesin bu sahəyə ciddi bir təsir edəcəyi ehtimal edilmir". 

İqtisadçı Eyyub Kərimli isə bildirib ki, lirə dəyərdən düşsə də, manatın sabit qalması bu prosesi müəyyən qədər tənzimləyir: 

"Hazırda Türkiyədə durmadan artan infilyasiya və lirənin dəyərdən düşməsi xidmətlərin və təhsil qiymətlərinin artmasına təsir edəcək. Bu da həmin ölkəyə təhsil almağa gedən vətəndaşlarımızın artıq vəsait xərcləməsinə səbəb ola bilər. Ancaq onu da qeyd etmək lazımdır ki, Azərbaycan manatı türk lirəsinə qarşı daha sabit və bahadır və milli pulumuzla Türkiyədən daha çox alışveriş etmək imkanı var. 

Hesab edirəm ki, növbəti aylarda belə davam edərsə, bu proses bu ölkəyə turist olaraq səfər edən vətəndaşlarımızın, təhsil alan insanlarımızın büdcəsinə mənfi təsir göstərəcəkdir. Bu isə xərclərin artmasına gətirib çıxaracaq". 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36585
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24099
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13048
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11609
Helikopterin qalıqları tapılıb
11029
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7762
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6860
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6410
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5664
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4674
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3845
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3343
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3116
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2337
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2258