AZ

Baydendən İsrailə XƏBƏRDARLIQ – “Rəfahda əməliyyat başlasa, hərbi yardımlar dayandırılacaq” – VİDEO 


Co Bayden İsrailin ABŞ-dan aldığı hava bombalarının Qəzza zolağında dinc əhalinin ölümünə səbəb olduğunu etiraf edib.

Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti bu barədə “CNN”ə müsahibəsində danışıb.

Amerika prezidenti həmçinin bildirib ki, əgər İsrail Qəzzanın cənubundakı Rəfah şəhərini geniş miqyaslı işğal edərsə, ABŞ hava bombaları və artilleriya mərmiləri tədarükünü dayandıracaq.

O, İsrail ordusunun hələ də qırmızı xətti keçmədiyini və əhalinin sıx məskunlaşdığı ərazilərə daxil olmadığını iddia edib.
 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla

Reytinq