AZ

“Barselona” mövsümü 2-ci yerdə başa vurmasa...

Xavi Ernandesin yeni mövsümdə də “Barselona”da qalacağı açıqlanmışdı.

Amma rəhbərlik onunla tezliklə vidalaşa bilər. Komanda mövsümü 2-ci yerdə başa vurmasa, baş məşqçi istefaya göndərilə bilər. Bunu “AS” qəzeti iddia edir. Populyar idman nəşri gümüş medallar təmin edilməyəcəyi halda Xavi ilə əməkdaşlığın dayandırılmasının qaçılmaz olacağını yazıb.

“Barselona” hazırda İspaniya çempionatında artıq çempionluğu rəsmiləşdirən “Real” və “Jirona”dan sonra 3-cü yeri tutur. La Liqada mövsümün sonuna 4 tur qalıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
football-plus.az

1Mənbələr