AZ

“Panama günlərində” ASK Rəyasət Heyətinin üzvü çıxış etdi

2-3 may tarixlərində Hilton oteldə Panamanın Azərbaycandakı səfirliyinin və “ProPanama” şirkətinin təşkilatçılığı ilə “Panama günləri” keçirilib.

Demokrat.az məlumatına görə, tədbirdə Azərbaycan Sahibkar Konfederasiyasının Rəyasət heyətinin üzvü Ruslan Quliyev çıxış edib.

Tədbiri açıq elan edən Panamanın Azərbaycandakı qeyri-rezident səfiri (eyni zamanda Türkiyədəki səfir və iqamətgahı Ankarada yerləşir) Mariela del Karmen Sagel Rosa iki ölkə arasında əlaqələrdən və gələcək əməkdaşlıq imkanlarından danışıb. Səfir Panama limanında türk dövlətlərinə məxsus anbarın yaradılması imkanından bəhs edib. O, Panama kanalının üstünlükləri, bütün dünya üçün əhəmiyyəti, İstanbuldakı mühüm dəniz konsulluğunun xidmətləri haqqında məlumat verib.

Daha sonra Panamanın İstanbuldakı Konsulu Abraham Segovia bildirib ki, Azərbaycan vətəndaşlarının viza prosesləri İstanbuldakı Konsulluqdan aparılır, ancaq yaxın zamanda Bakıdan da viza müraciətlərinin qəbul edilməsi üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə danışıqlar aparılır.

Tədbirdə çıxış edən ASK Rəyasət heyətinin üzvü Ruslan Quliyev Konfederasiya, onun üzvləri, “Turizm və xidmət üzrə iş komissiyası”nın fəaliyyəti haqqında iştirakçılara və təşkilatçılara məlumat verib. O, Azərbaycanın turizm potensialı, sağlamlıq, idman, ekoloji və digər turizm növlərinin sürətli inkişafında bəhs etmiş, bu istiqamətdə ölkədə qanunvericiliyin  gücləndirilməsi üçün aparılan islahatlar haqqında təqdimat edib.




Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
19428
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
13273
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10503
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4992
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4992
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3701
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3438
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2891
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2590
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2234
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1703
Azərbaycan nefti ucuzlaşdı
1204
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1079
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1054
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1033
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1025
Mayın ilk gününün havası açıqlanıb
973
Arda dubl etdi - VİDEO
862
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
830