AZ

Ermənistanda çevriliş atmosferi: Köçəryan yeni planla hərəkətə keçdi

Ermənistanda baş verən hadisələr həm ölkə daxili durumun reallıqlarıdır, həm də şübhəsiz ki, geosiyasi faktordur. Bəzi ekspertləri düşündürür ki, bu, müəyyən marginal qrupların ölkə iqtidarına təsir etmək istəyindən irəli gəlir. Paşinyanın dörd kəndin Azərbaycana qaytarılması ilə bağlı mövqeyinə etiraz edən tərəf yalnız Ermənistan vətəndaşlarıdır ki, onlar ona daha çox təhlükəsizlik qayğılarından çıxış edir və sosial problemləri qabardırlar.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.

Onun sözlərinə görə, sonradan bəlli oldu ki, əslində həmin marginal qrupların arxasında ölkə müxalifətinin tanınmış simaları Robert Köçəryan və başqaları durur:

“Həmin qrupların etiraz aksiyalarının erməni kilsəsi tərəfindən dəstəklənməsi ilə bağlı amilləri nəzərə alsaq, burada artıq vəziyyət kifayət qədər dəyişir. Çünki erməni kilsəsinin tarixən erməni diasporu ilə çox ciddi münasibətləri olub. Diasporla bu məsələləri çözmədən kilsə həmin problemlərin həlli ilə bağlı məsələdə Ermənistan iqtidarına təzyiq ampluasında etiraz aksiyalarına dəstək verməzdi. Düşünürlər ki, geosiyasi faktor olaraq daha çox erməni müxalifətinin bəlli dairələrinin Rusiya ilə təmasları var. Bu zaman unudurlar ki, hazırda Azərbaycan iqtidarının regional siyasəti Rusiyanı məmnun edir. Əksinə olaraq Qərbi məmnun etmir. Çünki regional təhlükəsizlik problemlərinin həllinə dair Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 3+3 formatından ilk olaraq Qərb məmnun deyil. Bu format regiona aidiyyatı olmayan dövlətlərin, regionun təhlükəsizlik problemlərinin həllində iştirakını məqbul saymır. Bu da Qərbi ciddi şəkildə düşündürür. Çünki Qərb bölgənin geosiyasi konfiqurasiyasının dəyişməsində maraqlıdır.

Konfiqurasiyasının dəyişilməsində Ermənistanın indiki iqtidarından bir müddətdir ki, alət və vasitə olaraq istifadə edirlər.

Düşünürəm ki, Ermənistanda etiraz aksiyalarının arxasında geosiyasi faktor kimi məhz Qərbin xüsusi xidmət orqanlarının dayanması istisna deyil. MDB məkanında məhz Ermənistanda ABŞ-nin ən böyük nümayəndə heyətinə malik olan səfirlik fəaliyyət göstərir. 2500-dən çox əməkdaşın olması səfirlik kimi yox, daha çox xüsusi xidmət orqanları ilə bağlı olan bir qurum kimi fəaliyyət göstərməsi barədə fikir söyləməyi bizlərə əsas verir”.

Politoloq bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi baş versə, bu, Azərbaycanla münasibətlərdə olan problemlərin nizamına təsir göstərəcək:

“Çünki erməni hakimiyyətini tənqid edən Ermənistan müxalifətinin özünə uyğun maraqları var. Bu müxalifət iqtidara gələcəyi təqdirdə artıq onun xarici siyasətlə bağlı məsələlərə münasibətdə mövqelərində fərqli baxış və fərqli qərarların olacağı istisna deyil. Digər tərəfdən erməni müxalifətinin bəlli bir kəsimi əslində Azərbaycanla məlum münaqişənin başlanmasının təşəbbüskarı və iştirakçısı olub. Bu olayların Azərbaycanla münasibətlərin nizamlanmaya salınması ilə bağlı məsələlərə də təsir göstərəcəyi birmənalıdır.

Ermənistan Rusiyanın nüfuz dairəsinə təsir dairəsinə qurtula bilməyəcək. Enerji təhlükəsizliyi, nəqliyyatı, Ermənistanın dövlət olaraq özünün təhlükəsizliklə bağlı problemlərin həllinə Rusiyanın kifayət qədər üstün təsir imkanları var. Paşinyan açıqlamalarında səmimidirsə, onun Azərbaycanla münasibətlərdə “tarixi Ermənistan” prizmasından imtina edib, real Ermənistanın maraqlarından çıxış etsin. Azərbaycan dövlətinin ikitərəfli münasibətlərin inkişafında və genişlənməsində və mövcud problemlərin qısa zaman həllində maraqlı olmalıdır. Azərbaycan Prezidenti bəyan edib ki, Ermənistanla sülh müqaviləsi imzalanacağı təqdirdə Azərbaycan qısa zaman ərzində Ermənistanla iqtisadi ticarət münasibətləri normallaşdırması üçün addımlar atacaq. Bütün illər ərzində məhz Azərbaycan dövlətinin təzyiqləri ucbatından Ermənistanın regionla bağlı geosiyasi əhəmiyyət kəsb edən bütün layihələrdən kənarda qalıb. Azərbaycan münasibətlərdə problemlərin həllini tapacağı halda Ermənistan ən azı o layihələrdə yer almaq imkanları əldə edəcək. Artıq bu məsələdə Azərbaycan ona dirəniş göstərməyəcək. Əksinə, dəstək olacaq.

Azərbaycana Prezidenti qeyd edib ki, Ermənistanın enerji təhlükəsizliyinin həllində Azərbaycan öz imkanları ilə çıxış etməyə hazırdır. Ermənistan bu anlamda Rusiyadan əhəmiyyətli şəkildə asılı olan dövlətdir. Enerji təhlükəsizliklə bağlı problemlərin bir hissəsini qonşu İranın hesabına həll etmək istəyir. Azərbaycanın bu məsələdə sərgiləcəyi mövqeyi Ermənistanın suveren dövlət kimi daha müstəqil siyasət yeritməsinə şərait yaradacaq. Paşinyan ona olunan kənardan təzyiqlərin qarşısında dura biləcəksə o zaman bir noyabra qədər mövcud problemlərin həlli istiqamətində konkret uğurlara imza ata bilərik”.


Müəllif: Əsəd Məmmədəliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22884
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14403
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
13247
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11318
Helikopterin qalıqları tapılıb
8736
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7916
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6922
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6646
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5135
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4522
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4063
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3764
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3525
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3442
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2793
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2061
Azərbaycan nefti ucuzlaşdı
1603
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1590
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1347
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1332