AZ

Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı ticarət 31 % artıb

Mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Fins.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.

Tədbirdə bildirilib ki, 2023-cü ildə qarşılıqlı ticarətin 31% artaraq rekord 7,65 mlrd. ABŞ dollarına çatıb:

"Ticarət dövriyyəsi həcminin 15 mlrd. ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindən qoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgə səy göstərəcəklər".

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
276
7
fins.az

10Mənbələr