Rusiyanın Belqorod şəhəri atəşə tutulması nəticəsində azı altı nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə
“İki kişi başından xəsarət alıb. Onlar Qubkin küçəsindəki evin yanında yerləşirdilər. Daha bir neçə nəfərin ayaqlarında qəlpə yaraları var. Zərərçəkmişlər arasında 11 yaşlı qız da var”, – teleqram kanalın məlumatında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Krasnodar diyarındakı neft anbarına dron hücumu olduğu bildirilmişdi.