Bakı. Trend:
Türkiyə ilə münasibətlərdə müsbət atmosfer davam edir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədəYunanıstan baş naziri Kiryakos Mitsotakis deyib.
Türkiyə və Yunanıstanın fundamental fikirlərindən əl çəkmədiyinibildirən Miçotakis buna baxmayaraq, “ikitərəfli münasibətlərdəmüsbət atmosferin” olduğuna diqqət çəkib.
“Bu, Türkiyə-Yunanıstan münasibətlərində son vaxtlar əldəetdiyimiz irəliləyişi məhv edəcək böhran yaratmaqdan qat-qatyaxşıdır” – deyə baş nazir bildirib.