AZ

Bayden Trampı demokratiyanın ən böyük təhdidi adlandırıb

ABŞ Prezidenti Cozef Bayden sələfi Donald Trampı demokratiyanın ən böyük təhdidi adlandırıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Çikaqo şəhərində səfərdə olan dövlət başçısından Ağ evin press-pulu (“press pool”) sitat gətirib.

“Deyir ki, ən böyük təhdid sərhədi keçən cinayətkarlardır. Uşaqlar, ən böyük təhdid Trampın demokratiyamıza ifadə etdiyidir”, – ölkə başçısı deyib.

Prezidentlik yarışına toxunan Bayden ölkədə keçirilən sorğulara fikir verməyin hələ erkən olduğuna diqqət çəkib:

“Həqiqət budur ki, mən heç bir sorğunun bu qədər erkən böyük əhəmiyyət daşıdığını sanmıram”.

Amerika lideri vurğulayıb ki, o, heç vaxt ABŞ-nin gələcəyi ilə bağlı indiki qədər nikbin olmayıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Baydenin seçicilərin dəstəyinə görə sabiq dövlət başçısı Donald Trampdan 10 faiz bəndi geri qaldığı bəlli olmuşdu.

Qeyd edək ki, ABŞ-də növbəti seçkilər noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından yetərli sayda nümayəndənin dəstəyini qazanıb. Beləliklə, dörd il öncə olduğu kimi, bu seçkilərdə də mübarizənin adıçəkilən iki siyasətçi arasında gedəcəyi güman edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
170
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22825
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14375
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12871
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11306
Helikopterin qalıqları tapılıb
8622
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7910
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6882
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5120
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4384
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3725
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3043
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2771
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1596
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1341
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324