AZ

Saynsdan imtina, Pereslə davam

Bakı. Trend:

Formula-1 komandası “Red Bull” Karlos Sayns ideyasından imtinaedib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Avstriya təmsilçisi Serxio Peresləmüqavilə müddətini artırmağı planlaşdırır.

Almaniya mətbuatına inansaq, “Ferrari”də çıxış edən Saynsın “RedBull”a yolu bağlanıb. Komanda rəhbərliyinin ispaniyalı sürücü ilədanışıqlar aparacağı gözlənilirdi. Onlar heyətdəki pilotlar - 3 qatdünya çempionu Maks Ferstappen və Serxio Pereslə davam etməyə qərarveriblər.

Qeyd edək ki, Karlos mövsümün sonunda “Ferrari”ni tərk edəcək.Onu yerini böyük britaniyalı Lyuis Hemilton tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
1
az.trend.az

2Mənbələr