AZ

Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa...

Zəngin mədəniyyəti və təbii gözəllikləri ilə turistlərin sevimli məkanı olan İtaliyanın Neapol şəhərində yerləşən “Gaiola” adası dünyanın ən lənətlənmiş adası kimi tanınır.

Publika.az xəbər verir ki, indiyə qədər bu adada yaşayan insanların hamısının başına lənətlənmiş hadisələr gəlib. Bəziləri həyatını itirib, bəziləri isə böyük maddi sıxıntıya düşüb.

1920-ci ildə adada tikilən evdə məskunlaşan ilk şəxs Hans Braun olub. Braun bir müddət sonra xalçaya bükülmüş halda ölü tapılıb. Hansın ölümündən az sonra onun həyat yoldaşı da dənizdə boğularaq həyatını itirib.

Hansdan sonra adada məskunlaşan Otto Qrunbek də ürək tutmasından dünyasını dəyişib. Daha sonra adada məskunlaşan varlı bir adam bir müddət sonra böyük maddi sıxıntıya düşüb. Adada məskunlaşan sonuncu şəxs "qatil" olmaqda günahlandırılıb və həbsxanada yatmalı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
2
publika.az

1Mənbələr