AZ

Keçmiş hərbçilər və Balasanyan təxribatçı prosesə qoşuldu

Separatçı, hərbi cinayətkar Vitali Balasanyan Ermənistanda hakimiyyət əleyhinə keçirilən yürüşə qoşulmaq qərarına gəlib.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə separatçının ofisi məlumat yayıb.

Balasanyandan başqa, keçmiş hərbçilərdən ibarət “Ehtiyat Ordu Zabitləri Hərəkatı”, “Vətən Qalxanı” Hərəkatı, “Müharibə Veteranları” İttifaqı “Sisakan” dəstəsi, “Dzain Hayrenyats” Təşkilatı, “Qayıdış” Hərəkatı və “Milli Qvardiya” təxribatçı prosesə qoşulmaq barədə qərar verib.

Mayın 4-də Tavuşdan başlayan təxribatçı yürüşə keşiş Baqrat Qalstanyan rəhbərlik edir. Delimitasiya prosesinə etiraz edən təxribatçılar hakimiyyətin dəyişdirilməsi ilə bağlı şüarlar da səsləndirirlər. Təxribatın təşkilatçısı sabiq prezident, hərbi cinayətkar Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” blokudur.

Azsaylı yürüşün iştirakçıları mayın 9-da İrəvana çatmalıdır.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla