AZ

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyimünasibətilə Kuba Xalqlar Dostluğu İnstitutunda AzərbaycanınKubadakı səfirliyinin təşkilatçılığı ilə Ulu Öndərin həyat vəyaradıcılığına həsr edilmiş akademik tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, moderator qismindəçıxış edən Kuba Xalqlar Dostluğu İnstitutunun nümayəndəsi Maria delKarmen Barroso ölkələrimiz arasında diplomatik münasibətlərinqurulma tarixi, tarixi dostluq əlaqələri, Kubaya qarşı tətbiqedilən iqtisadi embarqonun aradan qaldırılması ilə bağlı BMT BaşAssambleyasında ənənəvi olaraq keçirilən səsvermələrdə AzərbaycanınKubaya daimi dəstəyi barədə məlumat verib. O, Kubada ÜmummilliLiderin xatirəsinin böyük hörmətlə anıldığını, həmçinin HeydərƏliyevin Kubaya daim xoş münasibət bəslədiyini və Kubanın Ali BaşKomandanı Fidel Kastro ilə yaxşı münasibətlərinin olduğunuvurğulayıb.

Sonra Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev iştirakçılarıhəm Sovet İttifaqı, həm də müstəqillik dövründə Ulu Öndər HeydərƏliyevin Azərbaycana rəhbərliyi zamanı əvəzsiz xidmətləri barədəətraflı məlumatlandırıb. Heydər Əliyevin müstəqil Azərbaycanarəhbərliyi dövründən bəhs edən səfir Ulu Öndərin səylərinəticəsində Azərbaycanın beynəlxalq səviyyədə öz sözünü deyə bilənnüfuzlu dövlətə çevrildiyini və bu gün də onun siyasi kursununPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinivurğulayıb.

Daha sonra çıxış edən Havana Universitetinin professoru EmilioAntonio Duharte Diaz və Azərbaycanda təhsil almış kubalı professorRafael Tenreyro öz çıxışlarında Heydər Əliyevin siyasi irsi, onunistər Sovet İttifaqı, istərsə də müstəqil Azərbaycan üçün gördüyüböyük işlər, müstəqilliyinin ilk illərində mürəkkəb dövrlərkeçirən, Qarabağ müharibəsi ilə üzləşmiş və sosial-iqtisadiçətinliklər yaşayan Azərbaycanın güclənməsi və inkişafı naminəhəyata keçirdiyi əhəmiyyətli iqtisadi layihələr barədəiştirakçılara geniş məlumat veriblər. Məhz Ümummilli Liderin müdrikneft strategiyası nəticəsində Azərbaycanın enerji resurslarınındünya bazarlarına ixracının təmin olunduğunu qeyd edən natiqlərAzərbaycanın indi də bu sahədə aparıcı rola malik olduğunusöyləyiblər. Professor R.Tenreyro isə Heydər Əliyevin AzərbaycanKommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsininAzərbaycanda təhsil aldığı dövrlərə təsadüf etdiyini və həmindövrdə ölkədə gedən inkişafın əyani şahidi olduğunu bildirib.

Kubada
Kubada
Kubada
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
7
az.trend.az

8Mənbələr